beynəlxalq hava limanı

Respublikanın ərazisində beynəlxalq hava daşımaları yerinə yetirən hava gəmilərinin qəbulu və yola salınması üçün ayırdığı, gömrük, immiqrasiya, sanitar, karantin (heyvanlar və bitgilər daşınarkən) və analoji proseduralar həyata keçirilən hava limanı

beynəlxalq hava daşımaları
beynəlxalq mülki aviasiya
OBASTAN VİKİ
Beynəlxalq hava limanı
Beynəlxalq hava limanı sərnişinlərin ölkələr arasında səyahət etməsinə imkan verən gömrük və sərhəd nəzarəti imkanları olan bir hava limanıdır. Beynəlxalq hava limanları tipik olaraq yerli hava limanlarından daha böyükdür və ümumiyyətlə beynəlxalq və qitələrarası səyahətlər üçün istifadə olunan daha ağır təyyarələri yerləşdirmək üçün daha uzun uçuş zolaqları və imkanlara malikdir. Beynəlxalq hava limanları tez-tez daxili uçuşlara da ev sahibliyi edir.
Abadan Beynəlxalq Hava Limanı
Abadan Beynəlxalq Hava Limanı (IATA: ABD, ICAO: OIAA) İranın Abadan şəhərindən 12 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır.
Aktau Beynəlxalq Hava Limanı
Aktau Beynəlxalq Hava Limanı (qaz. Ақтау халықаралық әуежайы) (IATA: SCO, ICAO: UATE) — Qazaxıstanın Aktau şəhərində yerləşən hava limanı. 1993-cü ildə tikilib. Sovet dövründə Şevçenko-Mərkəz adlanırdı.
Almatı Beynəlxalq Hava Limanı
Almatı Beynəlxalq Hava Limanı (qaz. Халықаралық Алматы Әуежайы) (IATA: ALA, ICAO: UAAA) — Qazaxıstanın ən böyük beynəlxalq hava limanı. Aeroport, Qazaxıstanın ən böyük şəhəri və ticarət paytaxtı olan Almatının təxminən 15 km şimal-şərqində yerləşir. Almatı Beynəlxalq Hava Limanı, Qazaxıstanın sərnişin gediş-gəlişinin yarısına və yük gediş-gəlişinin 68%-ə sahibdir. 2012-ci ildə hava limanında, 4,003,004 sərnişin var idi. Bunların 1,997,570-i hava limanına gələn, 2,005,434-ü isə hava limanını tərk edən idi. == Tarixi == === İlk illəri === Hava limanı 1935-ci ildə bütün kiçik mülki və hərbi uçan gəmiləri üçün tikilmişdir. 1990-cı ilə qədər Qazaxıstan Mülki Aviasiya Şöbəsinin tərkibində olmuş və 1991-ci ildə "Alma-Ata Hava Limanı"-na çevrilmişdir. 1993-cü ildən bü günə qədər müstəqil biznes vahidi kimi işləyir. 1994-cü ildə "Almatı Hava Limanı ASC"-ə çevrilmişdir və daha sonra "Almatı Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
Aqtöbe Beynəlxalq Hava Limanı
Aqtöbe Beynəlxalq Hava Limanı (qaz. Ақтөбе халықаралық әуежайы, rus. Международный аэропорт Актобе) (IATA: AKX, ICAO: UATT) — Qazaxıstanın Aqtöbe şəhərində yerləşən beynəlxalq hava limanı. Hava limanı Aqtöbe şəhərinin 1.5 km (0.93 mil) cənub-qərbində yerləşir. Hava limanında beş təyyarə parkı olan kiçik bir terminal mövcuddur. 2015-ci ilin sonunda, hava limanında 345,253 sərnişin var idi..
Astana Beynəlxalq Hava Limanı
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı (qaz. Astana Xalıqaralıq Äwejaýı) (IATA: NQZ, ICAO: UACC) — Astana şəhərindən 16,7 km cənub-şərqdə yerləşən beynəlxalq hava limanı. == Tarixi == Astananın ilk hava limanı 1931-ci ildə şəhərin kənarında tikilmişdir və İkinci Dünya müharibəsindən sonra daha da inkişaf edilmişdir. Ancaq Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına çevrilən yeni hava limanı, şəhərin cənubundan 11 kilometr məsafədə inşa edilmiş və noyabr 1963-cü ildə açılmışdır. Aeroflot və onun yerli müdirliyi tərəfindən böyük ölçüdə istifadə edilmişdir. 1997-ci ilin dekabrında Almatıdan Astanaya paylamanın ardından hava limanı bir sıra böyük təkmilləşdirmələrə məruz qaldı. Yaponiya memarı Kişo Kurokava tərəfindən hazırlanan yeni sərnişin terminalı 2005-ci ilin fevral ayında açılıb. Digər təkmilləşdirmə isə 2017-ci ildə Expo 2017-də ikinci bir terminalın açılması ilə baş verdi - bütün beynəlxalq uçuşlar bu yeni terminala köçdü. 2015-ci il ərzində sərnişin sayı 3,366,560-a çatıb. == Terminallar == Yerli və beynəlxalq uçuşlar üçün ayrı terminal binaları mövcuddur.
Atatürk Beynəlxalq Hava Limanı
Atatürk Beynəlxalq Hava Limanı — (türk. Atatürk Uluslararası Havalimanı, ing. Atatürk International Airport) (IATA: ISL , ICAO: LTBA) — İstanbulun Avropa hissəsində beynəlxalq hava limanı, öncəki adı Yeşilköy Hava Limanı olmuşdur. 1900-cü illərin əvvəllərində Türkiyədə ilk hava nəqliyyatının başladıldığı yer olan Atatürk Aeroportu, 1953-cü ildə beynəlxalq hava nəqliyyatına açılmışdır. 29 İyul 1985-ci il tarixində adı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün soyadı verilərək, Atatürk Beynəlxalq Hava Limanı olaraq dəyişdirilmişdir.
Aşqabad Beynəlxalq Hava Limanı
Aşqabad Beynəlxalq Hava Limanı (Türkməncə: Aşgabat halkara howa menzili) (IATA: ASB, ICAO: UTAA), Türkmənistanın paytaxtı Aşqabadda yerləşən hava limanıdır. Hava limanı şəhər mərkəzinin 10 km şimal-qərbində yerləşir. Hava hərəkətinə nəzarət qülləsi və 3.700 metr uzunluğundakı pistə sahib köhnə hava limanı 1994-cü ildə açıldı və ölkənin ilk prezidenti Saparmurat Türkmənbaşının adını aldı. Yeni hava limanı 2016-cı ildə tamamilə yenidən dizayn edildikdən və yenidən inşa edildikdən sonra açıldı. Aşqabad Beynəlxalq Hava Limanı, 2016-cı ildə 1,3 milyon sərnişin ilə Türkmənistanın ən işlək hava limanıdır. == Tarixi == === Sovet dövrü === Türkmənistan mülki aviasiyasının başlanğıcı 1927-ci il kimi qəbul olunur. Bu tarixlərdə Turtkul və Ürgənc ərazilərində uçan Türkmənabad və Daşoğuz arasında aviaxətt fəaliyyətə başladı. Bu uçuş üçün Almaniyadan alınan dörd nəfərlik Junkers F.13 ilə Sovet Kalinin K-4 təyyarələri istifadə olunurdu. Bu aviaxətt üçün 8 aviaşirkət xidmət göstərirdi. Daha sonra 1932-ci ildə sərnişinlərin daşınması üçün yenidən Sovet təyyarələri alındı.
Batumi Beynəlxalq Hava Limanı
Batumi Beynəlxalq Hava Limanı (gürc. ბათუმის საერთაშორისო აეროპორტი) (IATA: BUSS, ICAO: UGSB) — Gürcüstanda, Batumi şəhərindən 2 km cənubda yerləşən beynəlxalq hava limanı. Hava limanı Türkiyənin Hopa şəhərindən 20 km şimal-şərqdə, Gürcüstan və şimal-şərq üçün daxili və beynəlxalq hava limanı kimi xidmət göstərir. == Haqqında == Batumi Gürcüstanda fəaliyyət göstərən üç beynəlxalq hava limanından biridir. Yeni hava limanı terminalı 26 may 2007-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 4,256 kvadratmetr olmaqla, ildə 600 min sərnişin qəbul edə bilir.Batumi Beynəlxalq Hava Limanı 2007-ci ildə TAV Airports Holding tərəfindən həyata keçirilən təmirdən bu yana sərnişin sayının əhəmiyyətli bir artım göstərdiyini qeyd etdi. 2011-ci ildə hava limanında bir əvvəlki ilə görə 51% artımla 134 min sərnişin qəbul edildi.
Beqişevo Beynəlxalq Hava Limanı
Beqişevo Xalıqara Beynəlxalq Hava Limanı (rus. Международный Аэропорт Бе́гишево, tatar. Бигеш Халыкара һава аланы, Biqeş Xalıkara hava alanı) (IATA: NBC, ICAO: UWKE) — Rusiyanın subyektlərindən biri olan Tatarıstan Respublikasında yerləşən federal əhəmiyyətli bir beynəlxalq hava limanı. Hava limanı, Naberejniye Çelnı aqlomersiya regionunda, Nijnekamsk, Alabuqa, Zəy və Naberejniye Çelnı şəhərləri xidmət göstərir. Hava limanı Tatarıstan Respublikasının Tukayevski rayonunda, Nijnekamsk şəhərinin mərkəzinin 19 kilometr cənub-şərqində, Naberejniye Çelnı şəhərinin mərkəzinin isə 27 km cənub-qərbində yerləşir. Hava limanının sahibi "KamAZ" ASC-dir. == Tarixi == Beqişevo beynəlxalq hava limanının inşası 1970-ci ildə "Nijnekamskneftexim"-in təşəbbüsü ilə başlamışdır. 25 dekabr 1971 tarixində An-24 təyyarəsi ilə hava limanında ilk texniki uçuş həyata keçirildi. 1972-ci ildə Tatarıstan (Kazan, Çistopol, Muslıyumovo, Aktanış, Alabuqa) daxilində müntəzəm uçuşlar başlamışdır. Sonrakı bir neçə il ərzində Beqişevo hava limanı Rusiyanın, Ukraynanın və Gürcüstanın əsas şəhərləri ilə əlaqələr qurmuşdur.
Borispol Beynəlxalq Hava Limanı
Borispol Beynəlxalq Hava Limanı — (ukr. Міжнародний аеропорт "Бориспіль") — Borispol şəhərində, Ukraynanın paytaxtı Kiyevdən 29 km şərqdə yerləşən beynəlxalq hava limanı. Borispol ölkənin ən böyük hava limanıdır və bütün qitələrarası uçuşlar və beynəlxalq uçuşların əksəriyyəti daxil olmaqla, sərnişin hava nəqliyyatının 65%-i həyata keçirir. Bu Kiyev Beynəlxalq Hava Limanı ilə birlikdə Kiyevə xidmət edən iki sərnişin hava limanından biridir. Borispol hava limanı Beynəlxalq Hava Limanları Şurasının üzvüdür. == Statistika == == Xarici keçidlər == Официальный сайт (ukr.) (rus.) (ing.) Вид на аэропорт «Борисполь» на сервисе Яндекс.Панорамы. «Дела небесные». Посадка без одного шасси в Борисполе.
Buşehr Beynəlxalq Hava Limanı
Buşehr Beynəlxalq Hava limanı (IATA: BUZ, ICAO: OIBB) İranın Buşehr ostanında həm mülki və həm də hərbi məqsədlər üçün istifadə olunan beynəlxalq hava limanıdır.
Cinna Beynəlxalq Hava Limanı
Cinna Beynəlxalq Hava Limanı (ing. Jinnah International Airport) (IATA: KHI, ICAO: OPKC) — Kəraçi şəhərində yerləşir. Pakistanın ən böyük beynəlxalq hava limanıdır. == Tarixi == 7 aprel 1929-cu il tarixində Kəraçi şəhərində Britaniya Hindistanında ilk hava limanının əsası qoyuldu. Pakistanın general-qubernatoru Məhəmməd Əli Cinnanın ölümündən sonra Karaçi hava limanı onun şərəfinə adlandırıldı. 1992-ci ildə hava limanında irimiqyaslı yenidənqurma işləri aparıldı və iri beynəlxalq terminal inşa edildi. Bu terminal avtomobillər üçün geniş parkinq yeri olan 7 mərtəbədən ibarətdir. Gündəlik olaraq hava limanına sərnişin axını 20.000 nəfər, bütövlükdə isə "Cinna"-dan gün ərzində 40.000 sərnişin istifadə edirdi. Kəraçidə hava limanı Pakistanın ən iri və ən müasir hava limanıdır.Britaniya Hindistanında mülki aviasiyanın atası Cuhu Bombeyə (indiki Mumbaya) Drigh Road airstrip-ə, hazırkı Cinna Hava Limanına ilk səfəri edir. 15 oktyabr 1932-ci il tarixində Əhmədabaddan Puss Mos təyyarəsində poçtu aparmışdır.1920-ci ilin sonu-1930-cu illərin əvvələrində Kəraçi Hava Limanının yerində həmin dövrdə ən böyük təyyarə olan Britaniya HMA R101-ləri üçün böyük anqar tikilir.
Dananq Beynəlxalq Hava Limanı
Dananq Hava Limanı — (vyet. Sân bay quốc tế Đà Nẵng, ing. Da Nang International Airport) — Vyetnamın Dananq şəhərində yerləşən beynəlxalq hava limanı. == Aviaşirkətlər == Vietnam Airlines: Hanoy, Hoşimin, Kamran (hava limanı), Kontum, Bindin, Buonmethuot. Jetstar Pacific Airlines: Hanoy, Hoşimin PBAir: Banqkok SilkAir: Sinqapur Nordwind Airlines: İrkutsk, Krasnoyarsk, Novosibirsk, Ulan-Ude.
Daşkənd Beynəlxalq Hava Limanı
İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanı — (özb. Islom Karimov Toshkent Xalqaro Aeroporti) - Özbəkistanın ən əsas və Mərkəzi Asiyanın üçüncü hava limanı (Qazaxıstanının Alma-Ata və Astana hava limanlarından sonra). Daşkənd şəhərinin mərkəzindən 12 km aralı yerləşir. == Ümumi məlumat == İCAO II kateqoriyasına malik olan bu aeroport, Uzbekistan Airways-in əsas qovşağı olmaqla yanaşı, Mərkəzi Asiya və Özbəkistanın ən böyük aeroportudur.Aeroport 2 terminal malikdir: Terminal 2 beynəlxalq uçuşları, Terminal 3 isə yerli uçuşları tənzimləyir.Terminal 2 2001-ci ildə yenidənqurulmuşdur.Saatlıq 1000 sərnişin tutuma illik isə 2 milyon sərnişin tutumuna malikdir.Binada yerləşən digər obyektlərə isə, gözləmə otaqları,CİP və VİP zalları,restoranlar və barlar,pul mübadilə ofisləri,duty-free mağazaları,bilet satış və yoxlama məntəqəqləri və 24 saat işləyən aptek aiddir.Terminal demək olar ki, maksimal tutumla işləyir.2 saata isə bütün qeydiyyat işləri görülür. Terminal 3 2011-ci ildə açılıb və 400 nəfərlik saatlıq tutma malikdir.2 terminal pist vasitəsilə bir-biri ilə ayrılıb. Özbəkistan hökuməti Daşkənd HAva limanını 2030-cu ildə alternativ bir məntəqəyə koçurməyi planlaşdırır.
Denver Beynəlxalq Hava Limanı
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. == Tarix və xüsusiyyətlər == Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Dubay Beynəlxalq Hava Limanı
Dubay Beynəlxalq Hava Limanı (ərəb. مطار دبي الدولي‎) (IATA: DXB, ICAO: OMDB) — Dubaya xidmət edən əsas beynəlxalq hava limanı. Beynəlxalq sərnişin tutumu ilə dünyanın ən işlək hava limanlarından biridir. Sərnişin tutumuna görə dünyada üçüncü, yükdaşımaya görə altıncı, Airbus A380 və Boeing 777 reysləri üçün ən işlək hava limanıdı Uçuş başına düşə ən çox orta sərnişin sayına malikdir. 2017-ci ildə hava limanı 88 milyon sərnişini və 2.65 milyon ton yükü idarə etdi və 409.493 reys həyata keçirdi.Hava limanı, Əl-Qarhud mahalında, Dubayın 4,6 km şərqində yerləşir və 1,250 hektar sahəsi var. Terminal 3, dünyanın ən böyük hava limanı terminalı və mərtəbə sahəsinə görə dünyanın ikinci ən böyük binasıdır.Hava limanı Dubai Airports Company şirkəti tərəfindən idarə olunur və Dubayın beynəlxalq havayollarının, Emirates və flydubai şirkətlərinin əsas bazasıdır. Emiratesin mərkəzi, Yaxın Şərqdəki ən böyük hava qovşağı mərkəzidir; Emirates, bütün sərnişin tutumunun 51 %-ni idarə edir və bu hava limanında bütün təyyarə reyslərinin təxminən 42%-ni təşkil edir.
Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir.2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı.2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı. Bundan sonra azərbaycanlı minatəmizləyənlər şəhəri və onun ətrafındakı bütün mina sahələrini təmizləmək üçün gecə-gündüz çalışmışdır. == Hava limanı tikilməsi qərarı == 2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirdi.2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi.
Gəncə Beynəlxalq Hava Limanı
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Hitrou Beynəlxalq Hava Limanı
Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHR, ICAO: EGLL) — İngiltərə və Böyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″). Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var. Zolaqların tikintisi 1944-cü ildə başlamışdır.
Kabil Beynəlxalq Hava Limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kazan Beynəlxalq Hava Limanı
Kazan Beynəlxalq Hava Limanı (tatar. Казан Халыкара Аэропорты; rus. Международный аэропорт Казань) (IATA: KZN, ICAO: UWKD) — Rusiyada, Kazan şəhərindən 25 km cənub-şərqdə yerləşən hava limanı. Tatarıstanda yerləşən ən böyük hava limanı, Rusiyada isə 15-ci ən işlək hava limanıdır. Hava limanı bölgədə 3,8 milyona yaxın insana xidmət edir.
Kertacati Beynəlxalq Hava Limanı
Kertacati Beynəlxalq Hava Limanı kimi tanınan "Macalenqka Hava Limanı" ya da Bandar Udara Internasional Jawa Barat (BIJB) İndoneziyanın Qərbi Yava əyalətinin şimal-şərq hissəsində hava limanı. İndi Indoneziya ərazisindəki Sukarno-Hatta Beynəlxalq Hava Limanından sonra ən böyük ikinci hava limanı Bandunqun ətrafında 68 km uzaqlıqdakı şərqində Macalenqka rayonunda yerləşir. Bu hava limanı 2-ci beynəlxalq hava limanı kimi Böyük Bandunq metropolisi sahəsində və həmçinin Cirebon, Qərbi Yava və Mərkəzi Yava əyalətinin ərazilərinə xidmət etmək üçün tikilmişdir. Hava limanına 24 may 2018-ci ildə fəaliyyətə başlayan hava limanına ilk dəfə İndoneziya-1 Prezident təyyarəsi daxil oldu. Bu, bir 2,500 metr məsafədə uçuş zolağı olan hava limanıdır və 2018-ci ilin noyabrında 3000 metrə qədər uzadılacaq.Yeni hava limanı Cakartada Soekarno-Hatta Beynəlxalq Hava Limanında hava yolu tıxacını asanlaşdırmaq üçün bir köməkçi kimi fəaliyyət göstərir. Hava limanı başa çatdıqdan sonra hər il 29 milyon sərnişin həcminə malik olacaq.2020-ci ilə qədər hava limanı yük terminallarını 1,5 milyon ton yüklə rəsmi olaraq işlədəcək. == İnkişaf == Kertajati hava limanının tamamlanmasının sürətləndirilməsini təmin edilməsi məqsədilə Karavanq hava limanının tikintisi dayandırılıb. 1800 hektarlıq hava limanının 25,4 trilyon İndoneziya rupisi dəyərində olduğu təxmin edilir. Plana Airbus A380, Antonov,Boeing 747-8 və Airbus A350-1000 XWB daxil olmaq üçün dünyanın ən uzun reaktiv təyyarələri yerləşdirmək üçün üç uçuş zolağı (3750 m x 60 m, 4025 m x 60 m və 3000 m x 60 m) daxildir. Hava limanı həmçinin Boeing 787-10 kimi son uçuşları idarə etmək üçün texnologiya ilə təchiz olunacaq.
Kirman Beynəlxalq Hava Limanı
Əvvəllər Kirman Beynəlxalq Hava Limanı olaraq tanınan Ayətullah Haşimi Rəfsəncani adına Beynəlxalq Hava Limanı (IATA: KER, ICAO: OIKK) İranın Kirman ostanında yerləşən hava limanıdır. Hava limanı ticarət, ümumi aviasiya və hərbi təlim məqsədləri üçün istifadə olunur. Hava limanında uçuşlara 1970-ci ildən başlanmışdır. 10 iyun 2017-ci il tarixində hava limanının adı Kirmanda doğulub böyüyən keçmiş İran prezidenti Ayətullah Əkbər Haşimi Rəfsəncaninin şərəfinə dəyişdirilərək bu günkü adını almışdır. Mahan Air uçuş heyətinin simulyator mərkəzi və kabin heyətinin təlim mərkəzi Kirman Beynəlxalq Hava limanında yerləşir. Həmçinin Mahan Air-in ticarət pilotlarının təlimi məqsədilə istifadə etdiyi kadet pilot proqramının keçirildiyi Bootia-Mahan Aviasiya Kollecinin əsas mərkəzidir.
Kiyev Beynəlxalq Hava Limanı
İqor Sikorski adına Kiyev Hava Limanı — (ukr. Міжнародний аеропорт "Київ") — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən beynəlxalq hava limanı. Borispol Beynəlxalq Hava Limanı ilə birlikdə Kiyevə xidmət edən iki sərnişin hava limanından biridir. Hava limanı 265 ha əraziniəhatə edir. == Statistika == == Xarici keçidlər == Официальный сайт аэропорта «Киев» (Жуляны) Офіційний сайт аеропорту «Київ» (Жуляни) Архитектурный совет г.
бриллиа́нтик докле́ивание пустосло́в раззвони́ться брига́дница взаимосвя́занность вы́звездиться красне́ть до корней воло́с на́ше вам! ой распрямля́ть сбива́льный alone blood bank bogy foilsman hypergol parlour game problematical shepherd's pie антидемократический очерствлять перепиливать приладить самореклама